Qısqanc ər 11 nəfərin ölümünə səbəb oldu
Ötən gün ABŞ-ın Kaliforniya ştatında rəqs klubunda 11 nəfərin ölümünə səbəb olan şəxsin kimliyi məlum olub.
Demedia.az xarici KİV-ə istinadən xəbər verir ki, baş verən atışmada şübhəlinin hadisədən sonra intihar edən Huu Can Tran adlı 72 yaşlı şəxs olduğunu açıqlanıb.
Hadisənin ailədaxili zorakılıq nəticəsində baş verdiyi bildirilib.
Keçmiş rəqs müəllimi olduğu bildirilən hücumçunun həyat yoldaşı ilə 2000-ci ildə eyni rəqs klubunda tanış olduğu, lakin evliliklərinin 2005-ci ildə bitdiyi paylaşılıb.
Keçmiş həyat yoldaşı "CNN"ə müsahibəsində keçmiş həyat yoldaşının belə asanlıqla əsəbiləşən bir xasiyyətə sahib olduğunu söyləyib.
Xəyalə / Demedia.az