7 kq ağırlığında uşaq dünyaya gəldi - Fotolar



 09:25 24.01.2023     493

Braziliyada 7 kiloqram ağırlığında dünyaya gələn körpə ölkədə gündəm olub.

Demedia.az Türkiyə mediasına istinadən bildirir ki, həkimlər körpənin Amazonas ştatında doğulan ən böyük yeni doğulan uşaq olduğunu açıqlayıblar.

Körpənin 27 yaşlı anası Kleidiane Santos uşaq doğulmadan bir gün əvvəl xəstəxanaya gedib. Həkimlər anaya körpənin çox böyük olduğunu və normal doğula bilməyəcəyini deyib, keysəriyyə əməliyyatına qərar veriblər.

Ertəsi gün boyu 57 santimetr, çəkisi 7 kiloqram olan körpə dünyaya gəlib. Doğuş zamanı ana və körpənin heç bir problemi olmayıb. 

Xəyalə Məmmədova

1

1