Beyonse 1 saatlıq konsertə 35 MİLYON DOLLAR ALDI - Fotolar



 09:55 24.01.2023     399

Amerikalı müğənni Beyonse 1 saatlıq kosert üçün 35 milyon dollar alıb.

Demedia.az Türkiyə mediasına istinadən bildirir ki, 2018-ci ildən bəri konsert verməyən məşhur müğənni Beyonse səhnəyə möhtəşəm qayıdıb.

Ulduz müğənni dünyanın ən məşhur və dəbdəbəli oteli olan "Atlantis The Royal"ın açılışında 1 saatlıq konsert verib. 1 saatlıq konsertdə 19-a yaxın mahnı ifa edən 41 yaşlı müğənni 35 milyon dollar (60 milyon manat) qazanıb.

Qeyd edək ki, Beyonse və ailəsinin qaldığı oteldə ən bahalı otağın bir gecəlik qiyməti 142 min dollardır.

Xəyalə Məmmədova

1

1