Ərdoğanın sözləri dünya mətbuatında geniş əks-səda doğurdu



 09:50 24.01.2023     534

Türkiyə ilə İsveç arasında NATO-ya üzvlük müzakirələri davam etdiyi bir vaxtda, Rasmus Paludan adlı siyasətçinin Türkiyənin Stokholm səfirliyi qarşısında Qurani-Kərimi yandırması Ankaranın sərt reaksiyası ilə üzləşib.

Demedia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərdoğanın sözləri dünya mətbuatında geniş əks-səda tapıb. İsveç mətbuatından etirafa bənzər bir başlıq yer alıb. Yunan mətbuatı isə Türkiyənin mövqeyini qalmaqallı ifadələrlə oxucularına təqdim edib.

Həddindən artıq sağçı siyasətçi Rasmus Paludanın Türkiyə səfirliyi qarşısında Quran yandırmasına icazə verilməsinin əks-sədaları davam edir.

İsveçdəki qalmaqala ən sərt reaksiya prezident Ərdoğandan gəlib.

Nazirlər Kabinetinin iclasından sonra açıqlamalar verən Ərdoğan İsveçdəki alçaq hərəkətlə bağlı bu sözləri ifadə edib:

“Aydındır ki, belə bir rüsvayçılığa səbəb olanlar NATO-ya müraciət edərkən artıq bizdən heç bir xeyirxahlıq gözləməyəcəklər. Küçələrinizdə terror təşkilatları dolaşacaq, sonra NATO-ya üzv olmaq üçün bizdən dəstək gözləyəcəksiniz? Belə bir şey yoxdur.'

Ərdoğanın sözləri beynəlxalq xəbər agentlikləri tərəfindən Anbean abunəçilərinə “təcili” kodu ilə çatdırılıb, bir çox qəzetdə ilk manşet olub.