Korona ilə bağlı illər öncə məlumat verən Qeytsdən ŞOK: "Hər 5 ildən..."



 18:00 24.01.2023     686

İştirak etdiyi tədbirdə yaxın illərdə baş vermə ehtimalı olan pandemiyadan danışan Bill Qeyts qorxulu açıqlama verib.

Demedia.az xəbər verir ki, dünyanın ən varlı adamlarından biri olan "Microsoft"un qurucusu Bill Qeyts Avstraliyanın paytaxtı Sidneydə keçirilən toplantıya qatılıb. Qeyts iclasda verdiyi açıqlamalarla birdən-birə dünya gündəminə çevrilib.

İndiyə qədər hər şey normal inkişaf edərkən, Bill Qeytsin növbəti virusun təbii deyil, insan tərəfindən yaradılacağını deməsi tamaşaçıları şoka salıb. Bəyanatlarının davamında Qeyts dünya liderlərinə növbəti virusa hazırlaşmalı və qabaqcadan plan qurmalı olduqlarını söyləyib.
Digər tərəfdən, Bill Qeyts pandemiyanın başlanğıcından bəri sərt karantin qaydaları tətbiq edən Avstraliyanı tərifləyib. Qeyts bu siyasətləri həyata keçirmədikləri üçün bir çox ölkənin zərər çəkdiyini iddia edərək vurğulayıb:

"Erkən karantin qaydaları sayəsində Avstraliya pandemiyanın ilk peyvənd olunmamış ilindən az itki ilə sağ çıxdı. Biz hər 5 ildən bir bütün dünyada pandemiya təlimləri keçirməliyik. 1000 dollara bir həyat xilas edə bilərsiniz. Bundan daha qaneedici bir şey yoxdur".
Geyts qeyd edib ki, dünya dövlətləri növbəti pandemiyada birlikdə çalışmalıdırlar. Qeyts vurğulayıb ki, mümkün pandemiya yenidən baş verərsə, onun dünya iqtisadiyyatına olan əskinasları 10 trilyon dollar olacaq.

Aysun / Demedia.az