Qeyri-adi oğurluq: Əvvəlcə gimnastika hərəkətləri etdi, sonra isə... - VİDEO



 23:03 24.01.2023     1028

Türkiyədə qeyri-adi oğurluq hadisəsi baş verib.

Demedia.az xəbər verir ki, İzmirin Karabağlar rayonunda bir şəxs diqqəti cəlb etməmək üçün gimnastika hərəkətləri edib, sonra isə telefonu oğurlayıb.

Oğurluq anları ofisin təhlükəsizlik kamerasına düşüb. Mərhum əri üçün Mövlud oxuyan qadın telefonu stolun üstündə qoyub. Bu sırada ofisə daxil olan şəxs telefonu fərq etməmək üçün isinmə hərəkətləri edib, sonra telefonu cibinə qoyub. Bir müddət ofisdə vaxt keçirən oğru daha sonra yoxa çıxıb. Telefonunun oğurlandığını anlayan qadın polis bölməsinə gedərək ərizə ilə müraciət edib.
Həmin görüntüləri təqdim edirik:

Aysun / Demedia.az