Başına gül dibçəyi dəydiyini zənn etdilər, xəstəxanaya aparanda... - ŞOK HADİSƏ



 23:48 24.01.2023     2528

Türkiyənin Qaziantep bölgəsində atəşfəşanlığı izləmək üçün terrasa çıxan 8 yaşlı uşağın başına güllə dəyib.

Demedia.az xəbər verir ki, yaralı olduğunu anlamayan ailə, uşağın başının gül qabına dəydiyini düşünüb və xəstəxanaya gedəndə şoka düşüb.

Hadisə ötən il yeni il şənliyində qeydə alınıb. Həmin vaxt 8 yaşı olan Ahmet Bilgin atəşfəşanlığı izləmək üçün evlərinin terrasına çıxıb. Atəşfəşanlığı seyr edərkən hardan gəldiyi bilinməyən güllə Əhmədin başına dəyib. Ağır yaralanan bədbəxt uşağa ilkin tibbi yardımı yaxınları edib.
Başını gül qabı ilə vurduğunu düşünən ailə, xəstəxanaya gedib və uşağın başında güllə olduğunu öyrənincə həyatlarının şokunu yaşayıb. 7 ay reanimasiya şöbəsində qalan Ahmet Bilgin bir illik müalicə müddəti ilə yenidən həyatla mübarizəyə başlayıb. 
Həkimi bildirib ki, təxminən bir il əvvəl Əhməd Bilgin adlı oğlan güllə yarası ilə xəstəxanamıza gətirilmişdi:
"Beyində ödem və qanaxma olub, o, komaya düşüb. 2 müdaxilə etdik. Təəssüf ki, bir tərəfdən qismən zəiflik inkişaf etdi. Nəzarətimizin ilk ilində yaxşı gördük, lakin onun daha çox fiziki müalicəyə ehtiyacı var. Hamımız bu cür yaralanmaların səbəblərini diqqətlə düşünməliyik. Balkonda dayanan adamın həyatı kor-koranə ilə dəyişir, xəstəxanalarda qalması ailənin dağılmasına səbəb olur. Biz hamımız önümüzə papaq qoyub düşünməliyik ki, təsadüfi atışma və belə bədbəxtliklər olmasın".

Aysun / Demedia.az