İranda hərbçilərə hücum edilib



 16:58 24.01.2023     315

İranın cənub-şərqində Sistan-Bəlucistan əyalətində hərbçilərə hücum edilib.

Demedia.az İSNA agentliyinə istinadən xəbər verir ki, silahlı hücum nəticəsində 2 əsgər həlak olub. 1 əsgər yaralanıb. Sistan-Bəlucistan vilayətinin polis rəisi Məhəmməd Kənbəri bildirib ki, silahlılar patrul xidmətində olan əsgərləri hədəfə alıb. Hücumun hansı qüvvələr tərəfindən təşkil edildiyi məlum deyil.

Onların zərərsizləşdirilməsi üçün axtarışlar davam edir.

Bahadur Seyidov