Bolqarıstanda hökumət qurula bilmir



 16:52 24.01.2023     340

Bolqarıstanda hökumət qura bilməyən Bolqarıstan Sosialist partiyasının lideri Korneliya Ninova bu səlahiyyəti prezident Rumen Radevə qaytarıb.

Demedia.az xəbər verir ki, 240 yerlik parlamentdə 24 deputatı olan Bolqarıstan Sosialist partiyasın hökuməti qura bilmədiyi üçün son iki ildə Bolqarıstanda 5-ci dəfə növbədənkənar parlament seçkiləri keçiriləcək. 48-ci parlamentdə kabineti formalaşdırmaq üçün partiyasının əlindən gələni etdiyinə diqqət çəkən Ninova bildirib ki, onlar digər partiyalara 4 əsas prioriteti təqdim edib.

“Bütün tərəfləri danışıqlara dəvət etmişdik.Biz danışıqlarda iştirak edən və olmayan tərəflərin münasibətindən hökumətin qurulması üçün lazımi dəstəyi ala bilməyəcəyimizi anladıq” - partiya sədri deyib.

Bahadur Seyidov