Xorvatiyada sanitariya işçiləri etiraz təşkil etdi



 16:54 24.01.2023     292

Xorvatiyada sanitariya işçiləri üç həmkarın işdən çıxarılmasına və aşağı maaşa etiraz məqsədi ilə tətilə başlayıblar.

Demedia.az xəbər verir ki, tətildə iştirak edən “Cistoca” təmizlik şirkətinin 1000-ə yaxın əməkdaşı işdən çıxarılan həmkarlarının işə bərpa olunmasını və məvaciblərin artırılmasını tələb edir. Onlar tələblərin yerinə yetirilməyəcəyi halda işə çıxmayacaqlarını ifadə ediblər. “Cistoca” şirkətinin rəhbərliyi bildirib ki, işdən çıxarılan fəhlələr iş prinsiplərini pozublar. Onlar plastik tullantıları digər tullantılarla eyni yerə toplayıblar.

Vətəndaşlardan biri bunu lentə alaraq sosial mediada paylaşıb. Nəticədə onlar işdən çıxarılıb.

Bahadur Seyidov