Bayden səlahiyyətlərini məhdudlaşdıran qanun layihəsinə veto qoyacaq



 17:12 24.01.2023     318

ABŞ prezidenti Co Baydenin strateji neft ehtiyatı üzərində səlahiyyətlərini məhdudlaşdıran qanun layihəsinə veto qoyacağı bildirilir.

Demedia.az xəbər verir ki, bu barədə Ağ Evdən açıqlama verilib. Bildirilib ki, sənəd konqresdən keçib Baydenə təqdim edilsə, prezident sənədi veto edəcək. Ağ Evin sözçüsü Karine Jean-Pierre qanun layihəsinin respublikaçıların ekstremist siyasətinin bir hissəsi olduğunu" ifadə edib.

Onun sözlərinə görə, qanun layihəsi işləyən ailələri maliyyə çətinliyi ilə üz-üzə qoyacaq və yalnız varlı vergi ödəyiciləri və böyük korporasiyalara fayda gətirəcək.

Bahadur Seyidov