İran sanksiyalara cavab verəcək



 17:45 24.01.2023     305

İran Avropa İttifaqı və Böyük Britaniyanın bəzi iranlı şəxslərə və qurumlara qarşı tətbiq etdiyi sanksiyalara cavab verəcək.

Demedia.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kenani açıqlama verib. O bildirib ki, Avropa Birliyi və Britaniya rejiminin bu hərəkəti onların İranın nüfuzu ilə bağlı çaşqınlıqlarını nümayiş etdirir.

"İran bu cür uğursuz siyasətlərə cavab vermək hüququnu özündə saxlayır və tezliklə Avropa İttifaqı və Böyük Britaniyada insan haqlarını pozanlara və terrorizmi dəstəkləyənlərə qarşı sanksiyaların yeni siyahısını açıqlayacaq", - Kenani deyib.

Bahadur Seyidov