Pakistan və ABŞ hərbi əlaqələri daha da sadələşdirmək barədə razılığa gəliblər



 17:24 24.01.2023     271

İslamabadda Pakistan Hərbi Hava Qüvvələri komandanı general Zahir Əhməd Baber Sidhu ilə ABŞ-ın Hərbi Hava Qüvvələri Əməliyyatlar Komandanı general-mayor Aleksus Qrinkeviç arasında görüş olub.

Demedia.az xəbər verir ki, tərəflər regional təhlükəsizlik, müdafiə və ikitərəfli əməkdaşlıq məsələləri müzakirə ediblər. Məlumata görə, tərəflər təlim və əməliyyat sahələrində hərbi əlaqələri daha da sadələşdirmək barədə razılığa gəliblər.

General Sidhu iki ölkənin səmimi münasibətlərindən məmnun olduqlarını bildirib və ABŞ ilə mövcud ikitərəfli əməkdaşlığı daha da artırmaq əzmində olduqlarına diqqət çəkib. General-mayoru Qrinkeviç də Pakistanın regional sülhə verdiyi töhfəni yüksək qiymətləndirdiklərini vurğulayıb.

Bahadur Seyidov