Lavrov Yunanıstanı tənqid etdi



 17:38 24.01.2023     330

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Yunanıstanın Moskvaya qarşı sanksiyalar tətbiq edən ölkələr siyahısında iştirakını tənqid edib.

Demədia.az xəbər verir ki, Lavrov yazılı açıqlmasında qeyd edib:

"Biz yunanlarla dost idik. Ölkə rəhbərliyinin mövqeyini dəyişməsini yadımızda saxladıq. Onlar ABŞ-a boyun əyməyə ya məcbur qaldılar ya da bunu qəbul etdilər.  Biz Rusiyaya qarşı təcavüzü məmnuniyyətlə qəbul edənlər haqqında nəticə çıxardıq”.

Lavrov deyib ki, Rusiya və Yunanıstan arasında iqtisadi əlaqələr yaxşı səviyyədə idi. Lakin bu ölkələrin mövqeyini dəyişməsi təəccüb doğurur.

Bahadur Seyidov