Ukrayna Belarusa xəbərdarlıq etdi



 23:29 24.01.2023     301

Ukrayna Belarusa xəbərdarlıq edib.

Demedia.az xəbər verir ki, Ukraynanın Xarici İşlər Nazirliyinin sözçüsü Oleq Nikolenko bildirib ki, Rusiya Belarusu birbaşa müharibəyə cəlb etmək istəyir. Onun sözlərinə görə, Ukraynanın bu həmləyə qarşı planı var. “Ukrayna müharibədə istənilən həmləyə hazırdır” deyən Nikolenkonun sözlərinə görə, Kiyev BMT Nizamnaməsində nəzərdə tutulmuş özünümüdafiə hüququndan istifadə edərək cavab verəcək.

Qeyd edək ki, ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu Rusiya ordusunun Belarusdan Ukraynaya hücum edə biləcəyini yazmışdı.

Bahadur Seyidov