Çiy yumurta içmək faydalıdır? - Araşdırma



 20:31 25.01.2023     2280

Toyuq yumurtası təbii mineral, vitamin, amin turşuları və digər faydalı elementlərin qaynağıdır. Həmçinin, unikal zülal və yağ mənbəyidir.  İstənilən termik emal zamanı onun  faydalılıq dərəcəsi azalır.

Buna görə də, çiy yumurtanın insan orqanizmi üçün daha faydalı olduğunu düşünənlərə haqq vermək olar. Çiy yumurta dietik qidadır. Cəmi, 7-10 kaloriyə malikdir. 

Çiy yumurtanın faydaları. Zəngin tərkibi ilə “orqanizmin dostu” olan yumurtada bunlar var:
-A, E, K, D, B qrupu, PP, KK vitaminləri; 
-kalsium, kalium, maqnium, dəmir, fosfor, yod; 
-Omega-3 yağ turşusu; 
-beta-karoten; 
-kolin; 
-selen, lutein; 
-fol turşusu; 
-zülallar, yağlar, karbohidratlar; 
-su;

Digər qidalardan fərqli olaraq, çiy yumurta  bağırsaqlarda heç bir problem yaratmır. Mədə-bağırsaq traktatı üçün təhlükəsizlik dərəcəsi 98%-dir. Tərkibindəki vitaminlər yağların həll olunması üçün lazımdır. Ən əsası isə, çiy yumurtadakı bütün faydalı elementlər orqanizmə ən təbii hallarıyla daxil olur.  

Yumurtada qidalandırıcı zülallar çoxdur. Hansı ki, əzələlər üçün vacibdir.  Buna görə də, idmançılar ürəklə çiy yumurta içirlər. Üstəlik, digər dərman preparatlarından və qida əlavələrindən fərqli olaraq, çiy yumurta heç bir “kəpənək effekti” yaratmır.  Toyuq yumurtasındakı zülallar  ət və balıqdakı zülallardan daha faydalıdır. 100 qr yumurtada 13 qr zülal var. Onu da qeyd edim ki, istənilən orqanizm zülala ehtiyac duyur.  

Çiy yumurta mədə-bağırsaq traktatına müsbət təsir edir, mədə turşuluğunu azaldır. Toyuq, bildirçin və ördək yumurtasında kolin var ki, öz növbəsində, sinir siteminin işini dəstəkləyir. Lutein və selen güclü antioksidantlardır. Görmə qabiliyyətinin bərpasında, katarakta kimi ciddi xəstəliklərin önlənməsində məhz bu antioksidantlar aktiv rol oynayır. E vitamini ürək-damar sisteminin normal işləməsinə cavabdeh olmaqla bərabər, damar divarlarını möhkəmləndirir. A vitamini də görmə qabiliyyətinin yaxşılaşmasına xidmət edir. Bununla yanaşı, immuniteti möhkəmləndirir. D vitamini sümük toxumalarına faydalıdır, həmçinin, dişlərin sağlamlığının təminatçısıdır. 

Çiy toyuq yumurtasındakı zülalda lizozim adlanan maddə var. Lizozim bakteriyaların hərəkətini məhdudlaşdırır və onların orqanizmə zərər vurmasına imkan vermir.  Çiy yumurta səs tellərinə də müsbət təsir edir. Bunun da səbəbi odur ki, çiy yumurta səs tellərindəki gərilmələri və  bərkimələri yox edir. Qeyd edim ki, müxtəlif səbəblərdən hər hansı  ərəfədə səs tellərindəki problemlər qabara bilər. 

Çiy yumurtanın əsas faydaları bunlardır: 
-immun sistemini möhkəmləndirir; 
-sümük toxumalarını və dişləri gücləndirir; 
-qaraciyərin işini korreksiya edir; 
-damar divarlarının vəziyyətini normallaşdırır, damar tıxanıqlığının əmələ gəlməsinə mane olur; 
-mədə-bağırsaq traktatının işini normallaşdırır; 
-göz sinirlərinin zəifləməsinin qarşısını alır; 
-baş beyinin fəaliyyətini yaxşılaşdırır, yaddaşı gücləndirir; 
-diqqəti toplamağa kömək edir; 
-osteoporozun və süd vəzi xərçənginin, kataraktanın əmələ gəlməsinə, varsa, irəliləməsinə mane olur; 
-orqanlarda və toxumalarda turşu səviyyəsinə nəzarət edir; 
-bətndəki dölün inkişafına və sağlamlığına nəzarət edir; 

Müəyyən xəstəliklər zamanı çiy yumurtanın qəbul edilməsi. 

Bəli, müalicəvi prosedurlarda adi çiy yumurtadan hazırlanan vasitələrə rast gəlmək mümkündür. Məhsulun faydalılıq dərəcəsi əcdadlarımıza çoxdan məlum idi. Mədə yanması, ürəkbulanma, öskürək, səs tellərinin tutulması və bir çox narahatlıqlar zamanı çiy yumurta, həqiqətən də, köməyə çatır. 

Öskürək zamanı. Resept 1: İmmuniteti möhkəmləndirmək, bütün orqanizmin xəstəliklərə qarşı müqavimətini artırmaq və öskürəkdən yaxa qurtarmaq üçün adi “qoql-moql”  yetərlidir. Hazırlanma qaydası sadədir: çiy yumurtaya şəkər tozu, yaxud bal əlavə edin. Həmçinin, “qoql-moql”   vərəm infeksiyası zamanı da köməyə çatır. Resept 2: yumurtanın sarısını ağından ayırın, üzərinə şəkər tozu əlavə edin və köpürənədək qarşdırın.  Mayenin həcmi bir neçə dəfə artmalıdır. Alınan qarışımı səhər acqarına qəbul edin.  1 saatdan sonra isə qaynar çay için. Resept 3: 2 çiy toyuq yumurtası, 2 diş orta ölçülü sarımsaq, 100 qr donuz yağı götürün. İnqridientləri qarışdırın. Alınan qarışımla ayaq pəncənizdən dizədək aşağı ətrafları  ovuşdurun.  Proseduru 3 gün, axşamlar  təkrarlayın. Resept 4: 2 yumurtanın sarısını, 1 çay qaşığı unu, 2 xörək qaşığı yağı, 2 çay qaşığı balı qarışdırın. Alınan qarışım duru xəmir kimi olmalıdır. Gün ərzində 10 dəfəyədək, hər dəfə 1 çay qaşığı olmaqla qarışımdan qəbul edin. Bəlğəm varsa, yumşalacaq və  xaric olacaq. 
Baş ağrıları zamanı. 250 ml südə çiy yumurta əlavə edin və dayanmadan qarışdırın. Gündə 1 dəfə bu qarışımdan için. İkincisi üçün 3 sutka ara vermək lazımdır. 
Nevroloji pristuplar zamanı. Ymurtanı bərk bişirin, ortadan iki hissəyə bölün. İsti-isti ağrıların daha çox olduğu yerə qoyun. Yumurta soyuyanadək ağrılar yox olacaq. 
Yanıq zamanı. Resept 1: Çiy yumurtadakı zülalın köməyilə yanıqları müalicə etmək olar. Çiy yumurtanı zədəli nahiyəyə çəkin. Elə ki, yumurta qurudu, növbəti dəfə çəkin. Kompres ağrıları yox etməyə, göynəmə olmamasına, nahiyədə soyuqluq hiss etməyə kömək edəcək. Resept 2: 1 yumurta sarısını 1 xörək qaşığı duru yağ və 2 xörək qaşığı xama ilə qatın. Qarışımı yanıq olan nahiyəyə çəkin, üstündən tənzif ilə sarıyın. Proseduru gün ərzində 2 dəfə təkrarlamaq lazımdır. Resept 3: 2 yumurtanın ağını, 1 xörək qaşığı kərə yağı, 1 xörək qaşığı duru yağı bir-birinə qatın.  Qarışımı zədələnmiş nahiyəyə çəkin. Prosedur nahiyə sağalanadək davam etməlidir. Resept 4: 3 yumurtanın ağını sarısından ayırın. Yumurta ağlarını krem halına düşənədək çırpın. Qarışıma 3 xörək qaşığı duru yağ əlavə edin və yenidən çırpın.  Yanmış nahiyəni tez-tez bu qarışımla silin.   Gecə isə nisbətən qalın şəkildə krem kimi çəkin və üstündən tənziflə sarıyın. 
Soyuqdəymə zamanı. 1  çiy yumurtanı 1 xörək qaşığı şəkər tozu ilə qarışdırın. Alınan qarışımı 100 qr arağa əlavə edin.  Yaxşıca qarışdırın və yuxuya getməzdən əvvəl için. Qaymorit və soyuqdəymə zamanı vasitə olduqca effektivdir. Bundan əlavə, bərk bişmiş yumurtanın qabığını soyub, isti-isti alına və burunun üstünə qoymaq da faydalıdır. Soyuyanda götürün. 
Mədə xorası zamanı.  Narahatlıqdan yaxa qurtarmaq üçün 1 ay hər gün acqarına 1-2 çiy yumurta içmək lazımdır.  Mədə turşuluğunu nəzarətdə saxlamaq üçün isə yumurtanın ağını ayrıca içmək məsləhətdir. Bundan əlavə, xüsusi vasitə hazırlamaq da olar. 1,5 xörək qaşığı bal, 15 qr kərə yağı götürün. 2 yumurtanın ağını bu inqridientlərlə qarışdırın. Alınan qarışımı səhər acqarına için.  2 saatdan sonra səhər  süfrəsinə əyləşə bilərsiniz.  Proseduru 6 ayadək davam etdirmək olar. Nəticədə, mədə xorasından yaxa qurtarmaq şansı var. 
Sızanaqlar və ləkələr zamanı. Resept 1: 2 yumurta sarısını yarım çay qaşığı duz, 1 xörək qaşığı bal, bir çimdik un ilə qarışdırın.  Alınan qarışımı sızanaqların və ləkələrin üzərinə çəkin. Prosedur müsbət nəticə əldə olunanadək davam etməlidir. Resept 2:  soğan suyu, bal, yumurta ağı və unu qarışdıraraq da sızanaq əleyhinə vasitə  hazırlaya bilərsiniz. Resept 3: 1 yumurta sarısını 1 xörək qaşığı un, az miqdarda bal ilə qarışdırın. Alınan qarışımı sızanaqların və ləkələrin üzərinə çəkin. Üstündən quru kağız dəsmal qoyun. Hər 3 saatdan bir sarığı dəyişin. Gecə isə səhərədək qala bilər. Ertəsi gün sızanağın kiçildiyini və getdikcə yoxa çıxdığını görəcəksiniz. Resept 4:   Əl sabununu sürtgəcdən keçirin. Bir çimdik götürüb 1 yumurta sarısına qatın. Alınan qarışımla sızanaqlı bölgəni ehmalca ovun. Üstündən tənzif qoyun. Ən üstdən isə sellofan qoyun. Əgər sızanaq əldədirsə əlcək, ayaqdadırsa corab geyinə bilərsiniz.  Sarığı gündə 3 dəfə dəyişin. 

Zərərləri və əks təsirləri. 
    Ən təbii məhsullardan olan yumurtanın da orqanizmə mənfi təsirləri ola bilir. Məsələn; yumurtaya qarşı allergiyası olan insanlar da var. Buna görə də, ondan istifadə edərkən ehtiyatı əldən vermək olmaz. 7 yaşdan aşağı uşaqlara çiy yumurta içirmək də məsləhət deyil. 
    Bəzi xəstəliklər var ki, onların mövcudluğunda çiy yumurtadan uzaq durmaq yaxşıdır: 
-kəskin pankreatit; 
-qaraciyər və öd kisəsi xəstəlikləri zamanı; 
-individual həssaslıq; 

    Qanda pis xolesterinin miqdarının yüksək olduğunu bilə-bilə çiy yumurta içmək riskdir. Çünki yumurta sarısı pis xolesterinin miqdarını daha da artıra bilər. Yumurta zülalı ümumi nöqteyi-nəzərdən təhlükəsizdir. Amma bununla belə, gün ərzində 2 çiy yumurtadan artıq içmək olmaz.  Mağazadan alınan çiy yumurtanın içilməsi zamanı salmonella bakteriyasına məruz qalmaq riski yüksəlir.  Qeyd edim ki, salmonella bağırsaq infeksiyasına yol açır. 

Bahadur Seyidov / Demedia.az