Qəhrəman ata övladları üçün özünü qurban verdi - Dəhşətli HADİSƏ



 18:00 25.01.2023     686

Ailəsi ilə Avstraliyadan ABŞ-a tətilə gedən Deyv adlı kişinin həyatı alt-üst olub. 

Demedia.az xəbər verir ki, yol qəzasından sonra kömək gözləyən Deyv müalicəsinin bir hissəsi bitdikdən sonra ölkəsinə qayıdıb.

ABŞ-ın Kaliforniya ştatındakı kurortlardan birində dəhşətli hadisə baş verib. Avstraliyalı veteran Deyv Miln ailəsi ilə birlikdə tətil üçün ölkəsindən ABŞ-a gəlib. Kaliforniya əyalətindəki xizək kurortuna gedən Deyv üçün hər şey normal və adi idi.

Kurort bölgəsində qızlarına doğru gedən bir avtomobil görən Deyv dərhal hərəkətə keçib. 3 və 1 yaşlı qızlarını xilas etməyi bacaran Deyv fəlakət yaşayıb.
Avtomobilin altında Deyvin çanaq sümüyü, topuqları, ayaqları, sakral fəqərələri və üç qabırğası sınıb. Qızlarının vəziyyəti isə daha yüngüldür. İsla adlı kiçik qızın iki ayağı qırıldığı halda, Anna xoşbəxtlikdən qəzadan sağ-salamat xilas olub.
Xəstəxanada müalicə olunduqdan sonra Deyv ailəsi ilə birlikdə Avstraliyaya qayıdıb.

Deyv üçün indiyədək 70.000 dollardan çox pul yığılıb. Elan hələ də səhifədə olduğundan sayı günü-gündən artır.

Aysun / Demedia.az