Peskov təhdid etdi



 15:45 25.01.2023     627

Kremlin sözçüsü Dmitriy Peskov ABŞ-ın Ukraynaya göndərməyi planlaşdırdığı "Abrams" tankları ilə bağlı açıqlama verib.

Demedia.az xəbər verir ki, o bildirib ki, bu tanklar da digərləri kimi yanacaq. Peskovun sözlərinə görə, onlar çox bahadır və xərci ilk növbədə Avropanın vergi ödəyiciləri ödəyəcək.

 “Bu plan texnoloji səbəblərə görə uduzmuş bir plandır və daha da əhəmiyyətlisi Ukrayna Silahlı Qüvvələri üçün potensialı açıq şəkildə həddən çox qiymətləndirilir. Bu tanklar da digərləri kimi yanacaq. Halbuki onlar çox bahadır və xərci ilk növbədə avropalı vergi ödəyiciləri ödəyəcək. Amerikalılar isə həmişəki kimi yaxşı qazanc əldə edəcək”  - Peskov deyib.

Bahadur Seyidov