Əfqanıstanda soyuqdan 157 nəfər donaraq öldü



 16:14 25.01.2023     602

Əfqanıstan son illərin ən soyuq qışını yaşayır.

Demedia.az xəbər verir ki, son iki həftədə əlverişsiz hava şəraiti səbəbindən donaraq ölənlərin sayı 157-yə yüksəlib. Havanın temperaturu gecə saatlarında paytaxt Kabildə mənfi 10 dərəcəyə, bəzi bölgələrdə isə mənfi 30 dərəcəyə enib. “Taliban” hökumətinin Təbii Fəlakətlər üzrə Dövlət Nazirliyinin sözçüsü Şəfiullah Rəhimi bildirib ki, soyuqdan 75 mindən çox mal-qara tələf olub.157 nəfərin donaraq həyatını itirdiyini bildirən Rəhimi, ən çox itkilərin Qor, Bədəhşan, Paktika və Paktiya əyalətlərində olduğunu bildirib.

Əfqanıstan Meteorologiya İnstitutu bu il qışda temperaturun keçən ilə nisbətən iki dəfə soyuq olduğunu və ən şiddətli soyuqluğun Qor vilayətində yaşandığını qeyd edib.

Bahadur Seyidov