Rusiya Xerson şəhərinə raket zərbəsi endirdi



 17:19 25.01.2023     408

Ukraynanın Xerson şəhərində partlayış baş verib.

Demedia.az xəbər verir ki, rəsmilər bunun Rusiyanın raket hücumu olduğunu ifadə ediblər. Hücum nəticəsində 1 nəfər ölüb, 6 nəfər yaralanıb. Məlumata görə, Rusiya ordusu son 24 saat ərzində Ukraynaya 4 raket hücumu həyata keçirib. Həmçinin, Rusiya ordusu 26 hava hücumu və 100-dən çox bombardman təşkil edib.

Ukrayna ordusu isə rus əsgərlərin cəmləşdiyi ərazilərə 8 hücum həyata keçirərək, bir SU-25 və üç KA-52 hücum helikopterini məhv edib.

Bahadur Seyidov