Rusiya donanması okeanda təlim keçdi



 17:51 25.01.2023     328

Rusiya ordusu Atlantik okeanında hipersəsli “Tsirkon” raketi ilə təlim keçirib.

Demedia.az xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyindən açıqlama verilib. Bildirilib ki, Atlantik okeanının qərb hissəsində fəaliyyət göstərən Rusiya  Donanmasının “Admiral Qorşkov” freqatı hipersəsli “Tsirkon” raketindən istifadə edərək 900 kilometr uzaqlıqdakı şərti dəniz hədəfinə hücum təşkil edib. Məlumata görə, təlim zamanı  gəmi heyəti arasında yüksək səviyyədə koordinasiya olub.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putinin 2018-ci ildə təqdim etdiyi yeni hipersəs silahları arasında yer alan “Tsirkon”un səs sürətinin 10 qatına qədər çıxa bildiyi və 1000-2000 kilometr mənzilə sahib olduğu açıqlanıb.

Bahadur Seyidov