İranda İsraillə əlaqəsi olduğu iddia edilən 12 terror qrupu ələ keçirildi



 18:14 25.01.2023     333

İranda İsraillə əlaqəsi olduğu iddia edilən 12 terror qrupu ələ keçirilib.

Demedia.az xəbər verir ki, bu barədə İranın Kəşfiyyat naziri İsmayıl Hatib açıqlama verib. O deyib ki, terrorçuların məqsədi ölkədə qarışıqlıq yaratmaq olub. Onlar planlarını həyata keçirmək üzrə olublar. Kəşfiyyat naziri Hatib iddia edib ki, Məhsa Əmini ilə bağlı nümayişlər uğursuz olduğu üçün İranın düşmənləri ölkədə qarışıqlıq yaratmaq üçün yeni həmlələr etmək istəyib.

Lakin onların irəli sürdüyü terrorçular zərərsizləşdirilib.

Bahadur Seyidov