Antarktidada aysberq Brunt buz şelfindən qopub



 19:46 25.01.2023     276

Antarktidada aysberqin Brunt buz şelfindən ayrılması barədə peyk görüntüləri yayımlanıb.

Demedia.az xəbər verir ki, şelfdən ayrılan buz kütləsinin sahəsi 1550 kvadrat kilometrdir. Britaniya Antarktika Tədqiqatından bildirilib ki, bu hadisənin iqlim dəyişikliyi ilə əlaqəsi yoxdur. Məlumata görə, Arktika və Antarktidanın bəzi hissələrindəki belə qırılmalar buz parçalanması kimi tanınan təbii hadisədir. Bununla belə, bu qırılmalar dəniz buzlarının itkisindəki artımı sürətləndirir.

Qeyd edək ki, hələ 10 il əvvəl alimlər 150 metr qalınlığında olan Brunt Buz şelfindən ayrılan 1550 kilometr uzunluğundakı buz kütləsində böyük çatlar aşkar ediblər. 1270 kvadrat kilometrlik oxşar kütlə bir il əvvəl materikdən ayrılmışdı.

Bahadur Seyidov