Biz Ərdoğanı çox sevirik - Maduro



 21:15 25.01.2023     317

"Biz prezident Ərdoğanı ölkəmizin böyük qardaşı kimi görürük. Türk xalqı bilməlidir ki, biz Ərdoğanı xeyirxah və böyük ürəyə malik olduğu üçün çox sevirik”.

Demedia.az xəbər verir ki, Venesuela prezidenti Nikolas Maduro belə açıqlama verib. Türk nümayəndə heyətini Miraflores sarayında qəbul edən Maduro Türkiyə əlaqələrdən məmnun olduğunu ifadə edib. Maduro iki ölkə arasındakı ticari hədəflərə də toxunaraq qeyd edib ki, Venesuela ilə Türkiyə arasındakı iqtisadi əlaqələr güclənir.

"Ərdoğan bizim ən çətin illərimizdə, ən pis şərtlərimizdə həmişə Venesuelanın yanında olub. Türk xalqına və Ərdoğana salamlar” - Maduro deyib.

Bahadur Seyidov