Malavidə vəbadan ölənlərin sayı 1002 nəfərə çatdı



 08:36 26.01.2023     358

Malavidə vəba epidemiyasından ölənlərin sayı 1002 nəfərə çatıb.

Demedia.az xəbər verir ki, bu barədə Malavi Səhiyyə Nazirliyi məlumat verib.

2022-ci ilin mart ayında başlayan vəba epidemiyasında son 24 saatda 12 nəfər ölüb, 626 yeni yoluxa aşkarlanıb.

Təxminən 20 milyon insan olan ölkədə ümumi yoluxma sayı 29 min 995, həyatını itirənlərin sayı isə 1002-dir.

Səhiyyə naziri Khumbize Kandodo Çiponda ictimaiyyəti gigiyena qaydalarına diqqət yetirməyə və təmiz sudan istifadə etməyə çağırıb.

Xəyalə / Demedia.az