Tramp "Facebook" və "Instagram"a qayıda biləcək
"Facebook" və "İnstagram"ın çətir təşkilatı Meta 2021-ci ildə Konqresin basqınından sonra hesabları bağlanan ABŞ-ın keçmiş prezidenti Donald Trampın hesablarını yenidən aktivləşdirəcək.
Demedia.az xəbər verir ki, bu barədə Metanın qlobal məsələlər üzrə rəhbəri Nik Kleq açıqlama verib.
Kleq həmçinin 2024-cü ildə prezident seçkilərində iştirak edəcəyini açıqlayan Trampın hər platforma qayda pozuntusuna görə hesabının 2 ilə qədər dayandırılacağını bildirib.
Sabiq prezidentin sözügedən platformalara qayıdıb-qayıtmayacağı hələlik məlum deyil.
Xatırladaq ki, "Facebook", 6 yanvar 2021-ci ildə Konqresin basqınından bir gün sonra Trampın hesabını bağlayıb.
Xəyalə / Demedia.az