25 mərtəbəli binada yanğın: 1 ölü, 8 yaralı



 10:00 26.01.2023     324

ABŞ-ın İllinoys ştatının Çikaqo şəhərində 25 mərtəbəli binanın 15-ci mərtəbəsində yanğın baş verib.

Demedia.az xarici mediaya istinadən xəbər verir ki, yanğın qısa müddətdə daha 9 mərtəbəyə yayılıb, 1 nəfər ölüb, 8 nəfər yaralanıb.

Çikaqo Yanğınsöndürmə İdarəsi yanğının külək səbəbindən böyüdüyünü və yanğının başlamasından 90 dəqiqə sonra nəzarət altına alındığını bildirib.

Səlahiyyətlilər onu da bildiriblər ki, binanın 50 yaşı var və 360 mənzildən ibarətdir.

Katolik dünyasının ruhani lideri Papa Fransisk "homoseksuallığın cinayət olmadığını" və LGBT əleyhinə qanunların "ədalətsiz" olduğunu bildirib.

Demedia.az xəbər verir ki, 2013-cü ildə vəzifəyə gəldiyi gündən bəri katolik kilsəsinin homoseksuallıq, abort və din xadimlərinin nikahı kimi həssas olduğu mövzularda mötədil və əhatəli açıqlamalar verən Papa Fransisk yenə də LGBT problemləri ilə rezonans doğuracaq ifadələr işlədib.
2013-cü ildə bu vəzifəyə seçilərkən “Mən kiməm ki, homoseksualları mühakimə edim” sözləri ilə təəssürat yaradan Papa Fransisk AP xəbər agentliyinə verdiyi müsahibədə də bu mövzuda təəccüblü ifadələr işlədib.

Dünyanın bəzi ölkələrində anti-LGBT qanunvericiliyini tənqid edən Papa bu qanunların "ədalətsiz" olduğunu da bildirib. Bəzi katolik ruhanilərinin də bu qanunları dəstəklədiyini qəbul edən Papa bu dini məmurları “mərhəmətli olmağa” çağırıb.

İspan dilində danışan Argentinalı Papa müsahibədə bunları deyib:

“Gey olmaq cinayət deyil. Bu cinayət deyil. Əvvəlcə günah və cinayəti ayırd edək. Bir-birinə kömək etməmək günahdır. Biz hamımız Allahın övladlarıyıq. Allah bizi kim olduğumuza, ləyaqətimiz üçün mübarizə aparmağa imkan verən gücümüzə görə sevir".
Xatırladaq ki, Papa Fransisk 2020-ci ildə çəkdiyi sənədli film üçün "Geylərin bir ailədə olmaq hüququ var" demişdi.
"Onlar Allahın övladlarıdır və ailə qurmaq hüququna malikdirlər. Buna görə heç kim xaric edilməməli və ya məhv edilməməlidir. Olması lazım olan mülki tərəfdaşlıq qanunudur, bu şəkildə qanunla qorunurlar. Mən bunu dəstəkləyirəm”, - deyə Papa qeyd edib.

Xəyalə / Demedia.az