Bütün bəşəriyyətin mənşəyi olan ölkə - FOTOLAR



 10:45 26.01.2023     428

Tədqiqatçılar indiyə qədər ən qədim insan nəsilini tapmaq üçün insanlar arasındakı bütün genetik əlaqələrin xəritəsini tərtib ediblər. Yeni araşdırma bəşəriyyətin tarixinə və onun ilk əcdadlarına işıq salır ki, bu da elm aləminin hələ də maraq dairəsindədir.

Demedia.az xəbər verir ki, Oksford Universitetinin Böyük Məlumat İnstitutunun tədqiqatçıları insanlar arasındakı bütün genetik əlaqələrin xəritəsini çıxarıblar və səkkiz müxtəlif verilənlər bazasından müasir və qədim insan genomu məlumatlarını birləşdirərək nəhəng bir ailə ağacı yarada bilib.

Tədqiqatın aparıcı müəllifi Dr Enthony Vilder Vohns deyib: “Əslində biz əcdadlarımızın genomlarını yenidən qururuq və onlardan geniş əlaqələr şəbəkəsi yaratmaq üçün istifadə edirik. O zaman biz bu əcdadların nə vaxt və harada yaşadığını təxmin edə bilərik. Bizim müəyyən etdiyimiz ən qədim əcdadlar müasir Sudanda tapılan coğrafi məkana aiddir. Bu əcdadlar hesablamalara görə 1 milyon il əvvəl yaşayıblar. Beləliklə, genomumuzun hissələri bu fərdlərdən miras alındı”.

Tədqiqatçılar 215 populyasiyadan 3609 fərdi genom ardıcıllığından və yaşı 1000 ilə 100000 arasında dəyişən nümunələrdən istifadə ediblər. Nəticə demək olar ki, 27 milyon əcdaddan ibarət bir şəbəkə olub.

Xəyalə / Demedia.az

1

1

1

1

1