Qərb Ukrayna münaqişəsində birbaşa iştirak edir - Peskov



 14:25 26.01.2023     315

“Biz ABŞ və bəzi Avropa ölkələrinin Ukraynaya silah, o cümlədən tanklar göndərməsini münaqişədə birbaşa iştirak kimi qiymətləndiririk”.

Demedia.az xəbər verir ki, Kremlin sözçüsü Dmitriy Peskov belə açıqlama verib. O bildirib ki, ABŞın və bəzi Avropa ölkələrinin Ukraynaya tank və silah göndərməsinə baxmayaraq münaqişədə birbaşa iştirak etməməsi barədə fikirlərilə razı deyil.  “Biz hesab edirik ki, NATO və sözügedən ölkələr münaqişədə birbaşa iştirak edirlər” deyən Peskovun sözlərinə görə, Qərbin dəstəyi Ukrayna üçün nəticəni dəyişdirməyəcək. 

Peskov bəyan edib ki, bu silahların Ukraynaya tədarük edilməsi münaqişəyə birbaşa müdaxilə olmaq anlamına gəlir.

Bahadur Seyidov