Rusiya Kiyev və Odessa şəhərlərinə aviazərbələr endirdi



 14:49 26.01.2023     359

Rusiya Ukraynanın Kiyev və Odessa şəhərlərinə aviazərbələr endirib.

Demedia.az xəbər verir ki, bu barədə Ukrayna mənbələri məlumat yayıb. Bildirilir ki, Kiyevdə sakinlərə sığınacaqlara getmək barədə çağırışlar edilib. Odessada iki mühüm infrastruktur obyektinin zədələndiyi açıqlanıb. Kiyev meri Vitali Kliçko bildirib ki, Rusiyanın atdığı raketin paytaxtın cənubunda qeyri-yaşayış binalarına düşməsi nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb.

Rəsmilər Rusiyanın insanların küçələrdə sıx olduğu saatlarda Kiyevə raketlər atdığını açıqlayıb.

Bahadur Seyidov