115 yaşında dünyanın ən yaşlı insanı oldu



 15:19 26.01.2023     307

1907-ci ildə anadan olan Maraa Branyas Morera 118 yaşlı Lucille Randonun ölümündən sonra dünyanın ən yaşlı insanı kimi “Ginnesin Rekordlar Kitabı”na düşüb.

Demedia.az xəbər verir ki, Kaliforniyada anadan olan qadın əslən İspaniyalıdır. O, iki dünya müharibəsinin, 1918-ci il qrip və 2020-ci il koronavirus epidemiyasının və İspaniya vətəndaş müharibəsinin canlı şahididir. “Ginnesin Rekordlar Kitabı” Moerarının 115 yaşında dünyanın ən yaşlı insanı olduğunu rəsmən açıqlayıb.

Ginnesin saytına görə, Morera bildirib ki,uzun yaşamağın sirri nizam, sülh, ailə və dostlarla yaxşı əlaqə, təbiətlə təmas, emosional sabitlik, narahatlıq və peşmanlıqdan qaçınmaq, həddindən artıq pozitivlik və zərərli insanlardan uzaq qalmaqdır.

Bahadur Seyidov