Yaponiya sahillərində batan gəmidə 8 nəfər ölüb



 15:45 26.01.2023     300

Yaponiyanın cənub-qərbindəki Naqasaki əyaləti sahillərində batan Honq-Konq bayraqlı yük gəmisində 8 nəfərin öldüyü açıqlanıb.

Demedia.az xəbər verir ki, bu barədə Çinin Yaponiyanın Fukuoka şəhərindəki baş konsulu Lyu Quicu açıqlama verib. O bildirib ki, qəzada 6-sı Çin vətəndaşı olmaqla 8 nəfər ölüb. Lyu bildirib ki, gəminin 30 ekipaj üzvündən 13-ü xilas edilib. Onlardan 4-ü Çin vətəndaşıdır. 9 nəfər itkin düşüb.

Qeyd edək ki, Honq-Konq bayraqlı 6551 tonluq "Cintan" yük gəmisi Yaponiya ilə Cənubi Koreya arasında yerləşən Danco adalarından 110 kilometr qərbdə batıb. Gəminin heyət üzvlərinin Çin və Myanma vətəndaşları olduğu açıqlanıb.

Bahadur Seyidov