Putin qadağan etdi, təhlükə var... - Bu telefonlara qayıdılır



 20:03 26.01.2023     531

Rusiya-Ukrayna müharibəsi bütün şiddəti ilə 11 aydır davam edir. 

Demedia.az xəbər verir ki, cəbhə xəttindəki qış şəraiti ilə əlaqədar olaraq, tərəflər arasında münaqişələr əsasən Ukraynanın şərqində bir çox nöqtələrdə kilidlənib. 

Bununla belə, hər iki tərəfin cəbhənin arxasında həyata keçirdiyi hücumlar uzun müddətdir ki, müharibə ilə bağlı xəbərlərin mühüm gündəm mövzusudur. Cəbhə arxasındakı raket və artilleriya hücumları çoxlu sayda insanın ölməsinə və yaralanmasına səbəb olsa da, tərəflər arasında psixoloji savaş da açıq-aydın görünür. Bunun son nümunəsi, xüsusən də Rusiya cəbhəsində smartfonların gələcəyidir.
Cəbhə arxasında həyata keçirilən hücumlarda müəyyən edilmiş hədəfləri təsirli şəkildə məhv etmək üçün kəşfiyyat işlərini gücləndirən hər iki ölkə, qarşı tərəfə bu mövzuda kəsir verməmək üçün bir sıra tədbirlər görməyə çalışır. Bunlardan biri də mobil telefonların qadağan edilməsidir.
2023-cü ilin ilk dəqiqələrində Ukrayna ordusu ABŞ-dan aldığı HİMARS sistemi ilə Rusiyanın işğalı altında olan Donetsk bölgəsindəki Makyivkada rus əsgərlərinin qaldığı obyektə hücum təşkil edib. Yanvarın 1-də Rusiya ən azı 89 rus əsgərinin ölümü ilə nəticələnən Ukrayna hücumunun əsgərlərin mobil telefondan istifadə etməsi nəticəsində baş verdiyini açıqlayıb. Açıqlamada, Rusiya ordusunun telefon istifadəsini qadağan etməsinə baxmayaraq, bu qadağaya qulaq asmayan əsgərlər səbəbilə Ukrayna kəşfiyyatının yer təsbitinin detalları paylaşılıb.

Aysun / Demedia.az