ABŞ Livan ordusuna 72 milyon dollar dəstək ayırdı



 16:12 26.01.2023     282

Livanın paytaxtı Beyrutda Birləşmiş Millətlər Təşkilatı nəzdində toplantı keçirilib.

Demedia.az xəbər verir ki, toplantıda ABŞ-ın Beyrutdakı səfiri Doroti Şi də iştirak edib. Toplantı zamanı Livan ordusu və təhlükəsizlik qüvvələrinə dəstək müzakirə edilib. Görüşdən sonra Şi Livan Ordusunun Baş Qərargah rəisi general-leytenant Cozef Avn və Livan Daxili Təhlükəsizlik Qüvvələri Departamentinin komandanı general-mayor İmad Osman ilə birgə mətbuat konfransı keçirib. Səfir deyib ki, ABŞ Livan ordusu və təhlükəsizlik qüvvələrinə 72 milyon dollar nağd pul verəcək.

Bu pulla livanlı hərbçilərin və təhlükəsizlik qüvvələrinin əməkdaşlarının məvacibləri veriləcək.

Bahadur Seyidov