“Tank dəstəyi, qələbəyə gedən yolda mühüm addımdır” - Zelenski



 17:19 26.01.2023     279

 “Tank dəstəyi, qələbəyə gedən yolda mühüm addımdır”.

Demedia.az xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski ABŞ-ın Ukraynaya tank dəstəyinə münasibət bildirərkən belə deyib. O bildirib ki, Ukraynanın müharibədə qələbə qazanmaq üçün daha çox silaha ehtiyacı var. ABŞ-ın Ukraynaya Abrams tankları, digər zirehli texnikaları və Almaniyanın Leopard 2 tanklarını vermək qərarından məmnunluğunu ifadə edən Zelenski, təşəkkür edib.

“ABŞ prezidenti Co Baydenə Ukraynaya Abrams tankları tədarük etmək barədə qərarına görə təşəkkür edirəm. Dəstəklərinə görə ABŞ xalqına minnətdarıq! Qələbəyə gedən yolda mühüm addımdır. Bu gün azad dünya Ukraynanı azad etmək üçün ümumi məqsəd uğrunda əvvəlkindən daha çox birləşib” - Zelenski deyib.

Bahadur Seyidov