Norveç Ukraynaya Leopard 2 döyüş tankları göndərir



 16:58 26.01.2023     268

Norveç Ukraynaya Leopard 2 döyüş tankları göndərəcək.

Demedia.az xəbər verir ki, bu barədə Norveçin müdafiə naziri Byorn Arild Qram açıqlama verib. O bildirib ki, Norveç Ukraynaya tank dəstəyinə qoşulub. Müdafiə naziri Ukraynaya göndəriləcək tankların sayı barədə açıqlama verməyib.

Qeyd edək ki, bundan əvvəl Böyük Britaniya, ABŞ və Almaniya Ukraynaya tank göndərəcəklərini açıqlamışdı. Rusiya bəyan edib ki, NATO və digər Avropa ölkələrinin Ukraynaya tank dəstəyi onların müharibədə birbaşa iştirak etdiyi anlamına gəlir.

Bahadur Seyidov