İsveçrə Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdi



 16:39 26.01.2023     271

İsveçrə Federal Şurası Ukraynaya hərbi təcavüzü əsas gətirərək, Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib.

Demedia.az xəbər verir ki, bu barədə İsveçin rəsmi dairələri məlumat yayıb. Bildirilib ki, sanksiyaların tətbiqində Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi qadağalar əsas götürülüb və sanksiyalar bu istiqamətdə genişləndirilib.

Qeyd edək ki, Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi 9-cu sanksiyalar paketinə təxminən 200 fiziki şəxs və qurumun və 3 Rusiya bankının adı daxil edilib. Qadağalara ikili təyinatlı məhsulların ixracının qadağan edilməsi və mədən investisiyalarının qadağan edilməsi də daxildir.

Bahadur Seyidov