Haitidə polis Baş nazirin iqamətgahına hücum etdi



 10:30 27.01.2023     334

Karib hövzəsi ölkəsi Haitidə son bir ayda 10-dan çox təhlükəsizlik qüvvələrinin dəstələr tərəfindən öldürülməsinə görə polis baş nazir Ariel Heninin şəxsi iqamətgahına hücum edib.

Demedia.az xarici mətbuata istinadən xəbər verir ki, Argentinadan qayıdan Henri polisin şiddətli etirazına görə bir müddət hava limanında qalıb.

Sıx təhlükəsizlik tədbirləri ilə hava limanından şəxsi iqamətgahına aparılan Henri polisin daş və molotof kokteyli ilə hücumuna məruz qalıb.

Paytaxt Port-au-Prinsdə silah səslərinin eşidildiyi və insanların evlərində qalmağa məcbur edildiyi paylaşılıb.

Dəstələrin silahlı hücumları nəticəsində son bir ayda 10-dan çox polis həyatını itirib. 

2022-ci ilin aprelindən bu yana ölkədə silahlı qruplaşmaların qarşıdurması nəticəsində 500-dən çox insan həyatını itirib, 3000-dən çox insan isə evlərini tərk etmək məcburiyyətində qalıb.

Xəyalə / Demedia.az