FETÖ əməliyyatı: 12 nəfər həbs olundu



 11:00 27.01.2023     420

Ankara Respublika Prokurorluğu FETÖ-nün ictimaiyyətdə gizli strukturuna qarşı aparılan istintaqda 12 nəfər haqqında həbs qərarı çıxarıb.

Demedia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Respublika Baş Prokurorluğundan verilən məlumata görə,  Ankara Respublika Prokurorluğunun Terror Cinayətləri İstintaq Bürosu təşkilatın özəl imamları ilə əlaqəsi olduğu müəyyən edilən və barələrində ifadələri olan 12 şübhəli barəsində həbs qətimkan tədbiri seçib.

Baş Prokurorluğun göstərişi ilə hərəkətə keçən Ankara Polis İdarəsi Qaçaqmalçılıq Cinayətləri ilə Mübarizə Şöbəsinin qrupları Ankara mərkəzli 5 vilayətdə əməliyyat keçirib.

Bildirilib ki, şübhəli şəxslərdən 4-ü növbətçi olub, onlardan 6-sı vəzifəsindən azad edilib, 2-si isə tutduğu vəzifədən istefa verib.

Xəyalə / Demedia.az