Çavuşoğlu: "Xain hücumu qınayırıq"
Xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycanın Tehran səfirliyinə edilən xain hücumu ən sərt şəkildə qınadığını bildirib.
Demedia.az xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyi Tehrandakı səfirliklərinə silahlı basqın edildiyini, mühafizə rəisinin şəhid olduğunu, 2 mühafizəçinin yaralandığını açıqlayıb.
Xarici işlər naziri Mövlud Çavuşoğlu hücumdan dərhal sonra Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla telefonla danışıb və mənfur hücumu ən sərt şəkildə qınadıqlarını bildirib. Hər zaman can Azərbaycanın yanındayıq deyə qeyd edib.
Xəyalə / Demedia.az