ABŞ-ın Quam adasındakı dəniz piyadaları bazası yenidən fəaliyyətə başladı
ABŞ Quam adasındakı Camp Blaz dəniz piyadaları bazasını yenidən aktivləşdirib.
Demedia.az xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq açıqlama verib. O bildirib ki, hərbi bazanın yenidən fəaliyyətə başlamasında məqsəd ABŞ-ın əməliyyat təhlükəsizliyini yaxşılaşdırmaqdır. Sinq vurğulayıb ki, Kamp Blaz bazası ABŞ-ın regiondakı müttəfiqləri və tərəfdaşları üçün strateji mərkəz və təlim bazası olacaq.
Qeyd edək ki, Camp Blaz 1952-ci ildə inşa edilib və ABŞ Dəniz Piyadaları Korpusunun xaricdəki ilk bazası olub. Camp Blaz 10 noyabr 1992-ci ildə Soyuq Müharibənin sona çatması ilə birlikdə fəaliyyətini dayandırmışdı.
Bahadur Seyidov