İki Amerika ölkəsi arasında əlaqələr tam bərpa olunur
Kolumbiya 20 ildən sonra Karib hövzəsi ölkəsi Haitidəki konsulluğunu yenidən açır.
Demedia.az xəbər verir ki, bu barədə Kolumbiyanın xarici işlər naziri Alvaro Leyva açıqlama verib. O bildirib ki, Haitidə uzun illərdir bağlı olan konsulluğun açılması barədə qərar verilib. Diplomatın sözlərinə görə, konsulluğun açılması barədə qərar Latın Amerikası və Karib Hövzəsi Dövlətləri Birliyinin dövlət və hökumət başçılarının 7-ci Sammiti zamanı qəbul edilib.
Sammitdə Leyva Haitinin xarici işlər naziri Jan Viktor Geneus ilə görüşərək iki ölkə arasındakı əlaqələri müzakirə edib.
Bahadur Seyidov