Sosil mediada izlənmə rekordu qıran video: Aptekə girən keçi...



 22:35 27.01.2023     604

Türkiyənin Adana şəhərində maraqlı anlar yaşanıb.

Demedia.az xəbər verir ki, aptekə girən keçi etdikləri ilə gülüşə səbəb olub.
Hadisə Kozan rayonu, Cümhuriyyət məhəlləsində, Kale Artı küçəsində yerləşən aptekdə baş verib. Sahibindən qaçan inadkar keçi aptekə daxil olub. İş yerində əczaçı Nisanur Yıldırım və işçiləri dəqiqələrlə onun arxasınca qaçan keçi çölə çıxarılıb. Çıxarılan keçi yenidən aptekə girərək işçiləri qorxudub. İşdə olanların yenidən çıxarıb qapını bağlayaraq xilas olduqları inadkar keçinin o anlar təhlükəsizlik kamerasına əks olunub.
Hadisəni izah edən əczaçı Nisanur Yıldırım deyib: “Keçi qəfildən aptekə girdi və biz çox təəccübləndik. 20 dəqiqə ərzində gəlib-getdi və həmin anlar kameraya əks olundu. Bizi qorxutdu, çölə çıxmaq istəmədi, bizi qovdu. Qapını bağladıq və o, yenidən gəlmək istədi. Bu, bizim və aptekimiz üçün şirin bir an oldu”.

Aysun / Demedia.az