“Rusiyanın Ukraynaya qarşı hücumları ancaq silahla dayandırıla bilər”



 17:45 27.01.2023     269

“Rusiya ordusunun Ukraynaya qarşı hücumları ancaq silahla dayandırıla bilər”.

Demedia.az xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski belə deyib. O bildirib ki, Rusiyanın hücumlarının qarşısını almaq üçün əlavə silahlara ehtiyac var. Zelenski ötən gün Rusiya ordusunun həyata keçirdiyi raket və PUA hücumlarından danışarkən deyib ki, Qərb Kiyevə daha güclü silahlar verməlidir.

Ukraynaya tank verəcək ölkələrin sayının artmağa davam etdiyini qeyd edən Zelenski, Kanadanın da bu istiqamətdə qərar verdiyini ifadə edərək, hazırda 12 ölkənin Kiyevə tank vəd etdiyini ifadə edib.

Bahadur Seyidov