Danimarka qadınları məcburi olaraq orduya çağırmaq istəyir



 18:42 27.01.2023     301

“Qadınların Danimarka Silahlı Qüvvələrində xidmət etməsinə ehtiyac var”.

Demedia.az xəbər verir ki, Danimarkanın müdafiə naziri Yakob Ellemann-Yensen Belə deyib. O bildirib ki, ordunun hazırkı vəziyyəti onun özünü lazımi şəkildə müdafiə etməyə imkan vermir. Danimarkanın artıq yalnız könüllülərə arxalana bilməyəcəyini deyən nazir əlavə edib ki, qadınlar da daxil olmaqla hər kəs məcburi hərbi xidmətə çağırılmalı və ordunun sıraları artırılmalıdır.

Müdafiə naziri iddia edib ki, Danimarka Rusiya kimi ortaq düşmənlə üz-üzədir və Moskva Ukraynada uğur qazanacağı təqdirdə Avropa ilə birbaşa müharibə aparacaq. Qeyd edək ki, Danimarkanın mövcud qanunları yaşı 18-dən yuxarı olan bütün fiziki cəhətdən sağlam kişilərin hərbi xidmət keçməsini tələb edir. Orduda qadınların da könüllü iştirakına icazə verilir.

Bahadur Seyidov