Yeni epidemiya GƏLİR - Heyvanları belə...



 20:01 27.01.2023     556

Kovid-19-un ortaya çıxdığı Çindən maraqlı görüntülər gəlməyə davam edir. 

Demedia.az xəbər veri ki, nəhayət, restoranda yemək sifarişi verilən canlı dünya gündəminə bomba kimi düşüb.

Yedikləri qəribə yeməklərlə tez-tez gündəmdə olan Çində 2020-ci ilin əvvəlində yarasalar səbəbiylə Kovid-19 yayılıb. Bütün dünyanı təsir edən pandemiyada 100 milyondan çox insan həyatını itirdi.
Tənqid obyektinə çevrilən ölkədən daha bir maraqlı xəbər gəlib. Sözügedən xəbər dünya mətbuatının gündəmində olsa da, reaksiya da çəkib.
İngiltərə mətbuatına əks olunan inkişafda, 26 adamı bir dişləmə ilə öldürdüyü bilinən mavi üzüklü ahtapotun bir restoranda süfrəyə verildiyi bildirilib.
Yer üzündəki ən təhlükəli heyvanlardan biri olan ahtapot, zəhərini yeritdikdə 20 dəqiqə ərzində insanı öldürə bilir.
Hadisənin gündəmə gəlməsi ilə bağlı restorandan açıqlama gəlib. Sözügedən açıqlamadakı vəziyyətin səhv olduğu bildirilib və yaranmış xoşagəlməz vəziyyətə görə üzr istəyib.
Restoranın açıqlamasından bir neçə dəqiqə sonra dünyaca məşhur Natural History jurnalından yazılı açıqlama yayımlanıb. Jurnal mövzu ilə bağlı bunları deyib:
“Biz əvvəllər mavi üzüklü ahtapotların normal ahtapotlarla qarışdırılması hallarını görmüşük. Lakin onların nisbəti kifayət qədər aşağıdır.
Digər tərəfdən ahtapot sifariş edən şəxs sosial media hesabında son durumu ilə bağlı yumoristik paylaşım edib. Adını açıqlamaq istəməyən şəxs bunları deyib:
“Mən ahtapotu yeməmişəm, hələ də sağam. Son anda masadan silindi".
İndependentin verdiyi xəbərdə sözügedən ahtapotun yeyildiyi təqdirdə 20 dəqiqə ərzində iflic, tənəffüs çatışmazlığı və daha sonra ölümlə nəticələnəcəyi yazılıb.

Aysun / Demedia.az