Beynəlxalq Valyuta Fondu Ukraynaya 16 milyard dollarlıq yardım paketini nəzərdən keçirir



 18:19 27.01.2023     291

Beynəlxalq Valyuta Fondu Rusiya ilə müharibə vəziyyətində olan Ukraynaya ehtiyaclarını ödəmək üçün 16 milyard dollarlıq yardım paketini nəzərdən keçirir.

Demedia.az xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondundan bildirilib. Məlumata görə, 16 milyard dollarlıq yardım paketi çoxillikdir. Proqramın həyata keçirilməsinin bir sıra şərtlərdən asılı olacağı bildirilsə də, plan BVF-nin kreditləşdirmə qaydalarında da dəyişikliklərin edilməsini tələb edir. Bildirilir ki, dəyişiklik fondun müharibədən əziyyət çəkən ölkəyə kredit verməsinə şərait yaradacaq. 

Təsdiqlənəcəyi təqdirdə paketin 3-4 ili əhatə edəcəyi və ilk ildə 5-7 milyard dollarlıq ödənişin olacağı gözlənilir.

Bahadur Seyidov