Su borusundan görün nə çıxdı - DƏHŞƏTLİ ANLAR



 19:32 27.01.2023     550

Türkiyənin Amasya bölgəsində içməli su xəttində baxım və təmir işləri aparan qruplar  boruda nəsə olduğunu hiss ediblər.

 Demedia.az xəbər evrir ki, gördükləri zaman çaşıb qalıblar və dərhal aidiyyəti qurumlara xəbər veriblər.

250 təsərrüfatdan ibarət kəndi içməli su ilə təmin edən 550 metrlik xəttin bir hissəsində yaranmış tıxacın araşdırılması və təmiri məqsədilə tikinti maşını ilə ilk dəfə qazıntı işləri aparılıb.
Daha sonra beton borunu çubuqla sındıran kənd sakinləri onu örtən ağac kökünə rast gəliblər. Məlum olub ki, söyüd ağacının kökünün ucundan dartıldıqca böyüyən uzunluğu təqribən 6 metrə çatır. Kənd sakinləri təəccüblərini “Boa ilanı gəlir” sözləri ilə ifadə ediblər.
Kənddəki vətəndaşlardan suyun axmaması ilə bağlı şikayətlər aldıqdan sonra araşdırma apardıqlarını ifadə edən muxtar Durmuş Yamur, "Biz deşdiyimiz zaman təxminən 6 metr uzunluğunda bir ağac kökü çıxdı. Nə qədər uzun çəksə, hamı nə qədər uzun şərh yazsa, onu ilan və pitonla müqayisə edirdilər”.
"Doğantəpə kəndimizin su problemini hələlik həll etdik" yazdığını və görüntüləri sosial şəbəkədə paylaşdığını izah edən Yamur ilana oxşayan ağac kökünə şərhlər yağdırıldığını bildirib.

İçməli su probleminin köklü həlli üçün müraciət etdiklərini izah edən Yamur, "4 il əvvəl də eyni şəkildə ağac köklərini su xəttindən çıxarmışdıq. Meşəlik olduğu üçün eyni şeyin təkrarlanmasını gözləyirik. Bunu tələb edirik. Problem ən qısa zamanda aradan qaldırılsın”.

Aysun / Demedia.az