Ölümündən 20 saat sonra 20 nəfərə həyat verdi - Dünya bunu danışır



 19:14 27.01.2023     551

Tayvanın Yunlin şəhərində dünyasını dəyişən şəxsin orqanları 20 nəfərə bağışlanıb.

Demedia.az xəbər verir ki, əməliyyatı 100 nəfərlik həkim briqadası həyata keçirib.

Tayvanın Yunlin şəhərində yaşayan Lin adlı orta yaşlı bir şəxsi təcili çıxardığı xəstəxanada bütün səylərə baxmayaraq xilas etmək mümkün olmayıb.
İlk müdaxilədə beyin sapı qanaması olduğu bildirilən xəstə təcili yardımda dünyasını dəyişib. Milli Tayvan Universiteti Yunlin Xəstəxanasından verilən açıqlamada xəstənin sağalmasının demək olar ki, mümkün olmadığı və orqanlarının ailəsinin qərarı ilə bağışlandığı açıqlanıb.
Beyin ölümü keçirən xəstənin orqanlarını tez bir zamanda xəstələrə çatdırmaq üçün 100 nəfərlik həkim briqadası təcili toplaşıb.
20 saatdan çox davam edən əməliyyatın sonunda dünyasını dəyişən xəstənin ürəyi, qaraciyəri, böyrəkləri, buynuz qişası və dəri toxuması alınaraq orqan gözləyən xəstələrə çatdırılmaq üçün Tayvanın müxtəlif xəstəxanalarına göndərilib.

Linin orqanları 20 nəfərə bağışlanıb. Taichung Veterans Ümumi Xəstəxanasının Orqan Donorluğu Direktoru Feng Yajun, uyğun alıcılarla koordinasiya və ünsiyyət prosesinin çox tez tamamlandığını və vəfat edən Lin adlı xəstənin daha çox insana bir hədiyyə verməsinin cəsarətli bir hərəkət olduğunu söyləyib.

Aysun / Demedia.az