Yunanıstan hökuməti etimad səsverməsindən keçdi



 20:07 27.01.2023     358

Yunanıstanda dinləmə qalmaqalından sonra parlament hökumətə etimad səsverməsi keçirib.

Demedia.az xəbər verir ki, müxalifət partiyası “Syriza”nın lideri Aleksis Tsiprasın və Baş nazir Kiryakos Mitsotakisin çıxışlarından sonra parlament səsvermə keçirib. Deputatlar hökumətə etimad göstərib.

Qeyd edək ki, ötən il Yunanıstanın keçmiş baş nazir, xarici işlər naziri və Baş Qərargah rəisi də daxil olmaqla bir çox mühüm şəxslərin telefonlarının kəşfiyyat tərəfindən dinləndiyi məlum olub. Ardınca müxalifət hökumətin istefasını tələb edib.

Bahadur Seyidov